Ürəyə qan axını təmin edən damarlarda xolesterin və kalsium kimi maddələrin yığılması lövhə adlanan çöküntülər əmələ gətirir. Bu lövhələr zamanla çoxalaraq, damarı daraldır və onların üzərində çatlaqlara səbəb olur. Çatlarda meydana gələn laxtalanmalar damarları tıxanmasına səbəb olaraq infarkt yaradır.
İnfarkt və onun əlamətləri
Ürəyə qan axını təmin edən damarlarda xolesterin və kalsium kimi maddələrin yığılması lövhə adlanan çöküntülər əmələ gətirir. Bu lövhələr zamanla çoxalaraq, damarı daraldır və onların üzərində çatlaqlara səbəb olur. Çatlarda meydana gələn laxtalanmalar damarları tıxanmasına səbəb olaraq infarkt yaradır. İnfarkt əlamətləri aşağıdakılardır:
- Sinə ağrısı
- Bədənin yuxarı hissəsində ağrı
- Nəfəs darlığı
- Ani soyuq tər
- Ani, səbəbi bilinməyən yorğunluq hücumları (xüsusilə qadınlarda)
- Ürəkbulanma və qusma,
- Qəfil başgicəllənmə, huşunu itirmə
- Qarın ağrısı (xüsusilə yaşlılarda)
- Mövcud şikayətlərin artması və ya müddətinin uzanması
İnfarkt üçün risk faktorları hansılardır?
İnfarkt riskini artıran faktorlar iki yerə bölünür. Birincisi, genetik meyl, yaş və kişi olmaq kimi dəyişməz amillərdir; ikincisi, piylənmə, diabet, hiperlipidemiya, siqaret və hipertoniya kimi dəyişdirilə bilən amillərdir. Riski daha da artırmamaq, böhrandan heç bir zərər görmədən çıxmaq üçün hər iki qrupdakı insanların infarkt əlamətlərini ilk hiss edən kimi xəstəxanaya müraciət edib müalicə almaları çox vacibdir.
İnfarkt keçirən insan üçün nə etməli?
Birincisi, infarkt keçirən şəxs təhlükəsiz bir yerə yerləşdirilməlidir. Daha sonra təcili yardım çağırılmalı və kömək axtarılmalı, ətrafda aspirin tapılarsa, xəstəyə çeynəmək üçün verilməlidir. Çünki məlumdur ki, infarl=kt zamanı aspirinin çeynənməsi sayəsində ölüm halları 23 faiz azalıb.
Dilaltı həb qəbulu infarktın qarşısını almasa da, qan axınının artmasına səbəb olur, lakin həmin şəxsin təzyiqi aşağıdırsa, dilaltı həbdən istifadə edilməməlidir. Hər hansı bir əlamətdən şübhələnəndə xəstə mütləq xəstəxanaya aparılmalıdır. Simptomların çox yüngül olması belə infarktın şiddətini dəyişmir.
Abunə olmaq ilə siz yeni kompaniyalar, endirim (promolardan) ilk xəbərdar ola bilərsiniz.